Qazaxıstanın üçillik büdcə layihəsi Kurultayda təsdiqləndi
Qazaxıstanın Kurultay deputatları 2027-2029-cu illəri əhatə edən «Respublika büdcəsi haqqında» qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Məlumatı NUR.KZ Kurultayın mətbuat xidmətinə istinadən yayıb. Kurultayın Telegram kanalında bildirilib ki, sənəddə makroiqtisadi sabitliyin qorunması, bütün sosial öhdəliklərin yerinə yetirilməsi və infrastrukturun qabaqcıl inkişafı əks olunub.