Uşaq xərçəngi müalicəsində xərclərin tam ödənilməsi sistemi yaradılacaq
Özbəkistan onkoloji və hematoloji xəstəliklərə tutulmuş uşaq və gənclərə göstərilən tibbi xidmətin keyfiyyətini yüksəltmək məqsədilə 2025–2035-ci illər üçün Milli Plan qəbul edib. Plan sahənin idarə edilməsinin və davamlı maliyyələşdirmənin təkmilləşdirilməsinə diqqət yetirir.