Özbəkistan və Malayziya yarımkeçirici sənaye üçün kadr hazırlığında razılaşdı
Özbəkistan və Malayziya yarımkeçirici sənaye üçün kadr hazırlığı, mikroelektronikanın inkişafı və texnoloji tədqiqatlarda əməkdaşlığı genişləndirməyə razılaşıblar. İqtisadiyyat və Maliyyə Nazirliyinin məlumat xidməti və kommunikasiya idarəsi bildirib ki, iş səfəri çərçivəsində iki ölkənin təşkilatları və ali təhsil müəssisələri arasında memorandumlar imzalanıb.