Rəşt-Astara dəmiryolunun tikintisinə hazırlıq işləri davam edir – İranlı vali
İranın Gilan vilayətinin valisi Hadi Haqşenas Trend-ə açıqlamasında bildirib ki, Şimal-Cənub Beynəlxalq Dəhlizi çərçivəsində Rəşt-Astara dəmiryolunun tikintisi üzrə əməliyyat işləri davam etdirilir. Onun sözlərinə görə, 162 kilometr uzunluğunda olan xəttin keçdiyi ərazinin təxminən 120 kilometrinin mülkiyyəti vətəndaşlardan satın alınıb.