Özbəkistan və Dünya Bankı investisiya cəlbini müzakirə etdi
Özbəkistan və Dünya Bankı Qrupu iqtisadi artımın perspektivlərini, özəl investisiyaların cəlb edilməsini və yeni iş yerlərinin yaradılmasını müzakirə edib. Görüş oktyabrın 16-da Benqkokda, Özbəkistanın Baş nazirinin müavini və İqtisadiyyat və Maliyyə naziri Camşid Küçkarovun Dünya Bankı Qrupunun prezidenti Ajay Banqa ilə görüşü çərçivəsində keçirilib. Danışıqlar Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik iclaslarının həşiyəsində aparılıb.