Başqırdıstanda “Təbiətin Ruhu” ədəbiyyat mükafatının 5 illik yubileyi qeyd olundu
Başqırdıstanın Tuymazı şəhərində Ümumrusiya “Təbiətin Ruhu” ədəbiyyat mükafatının 5 illik yubileyi və mükafat mərasimi keçirildi. Mükafata Rusiyanın 47 regionundan və beş xarici ölkədən 150 müraciət daxil olub. Böyük Jürinin qiymətləndirməsindən sonra uzun siyahıdakı 15 nəsr yazarı arasından beş finalist seçildi.