Özbəkistan təbii qazın dərin emalını genişləndirəcək
Özbəkistan təbii qazı yalnız elektrik enerjisi istehsalı üçün yanacaq kimi istifadə etmək əvəzinə, yüksək əlavə dəyərli məhsullar almaq məqsədilə dərin emalını genişləndirməyi planlaşdırır. Dövlət başçısı Şavkat Mirziyoyev bunu oktyabrın 16-da yanacaq-enerji sektorunun investorları ilə açıq dialoqda bildirib.