ABŞ regiondan çıxmır: Rubio nə üçün Mərkəzi Asiyaya gedir?
ABŞ Dövlət katibi Marko Rubio, Vaşinqtonun Çinlə artan rəqabəti və region ölkələrinin Rusiyadan asılılığı azaltmaq istəyi fonunda Mərkəzi Asiyaya gedir. Azattyk Asia-nın məlumatına görə, səfər ABŞ-ın maraqlarını, region dövlətlərinin gözləntilərini və yeni mərhələnin başlanıb-başlanmayacağı sualını gündəmə gətirir.