Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
Qırğızıstan Prezidenti Sadır Japarov bir gün əvvəl Yerevanda Ermənistan Prezidenti Vahagn Xaçaturyan ilə görüşüb. Prezidentin mətbuat xidmətinin bildirdiyinə görə, tərəflər iqtisadiyyat, investisiyalar, nəqliyyat, kənd təsərrüfatı, informasiya texnologiyaları, təhsil və turizm sahələrində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.