Özbəkistan dövlət orqanları 43 növ ictimai məlumatı açıqlamalıdır
Özbəkistanda dövlət orqanları və təşkilatları 43 növ ictimai əhəmiyyətli məlumatı Açıq Məlumatlar Portalında və rəsmi internet saytlarında yerləşdirməlidir. Həmin məlumatların siyahısı qanunvericilikdə dərc olunub. Xəbəri UzDaily Daşkənddən yayıb.