“Özbəkistan ehtiramı” ordeni təsis ediləcək
Özbəkistan Oliy Məclisinin Qanunvericilik Palatası növbəti iclasında “Özbəkistan ehtiramı” ordeninin təsis edilməsi barədə qanun layihəsinə baxdı. Yeni dövlət mükafatı xarici vətəndaşların Özbəkistan qarşısında xüsusi xidmətlərini tanımağa yönəlib.