Qazaxıstan və AB regional əlaqəliliyi müzakirə edib
Qazaxıstanın xarici işlər nazirinin müavini Arman İssetov, Avropa İttifaqının Orta Asiya üzrə Xüsusi Nümayəndəsi Eduards Stiprais ilə görüşüb. Görüşdə Qazaxıstan-AB tərəfdaşlığının artması, regional əlaqəlilik, investisiya və davamlı inkişaf müzakirə olunub. Məlumat Qazinform Xəbər Agentliyinin XİN-in mətbuat xidmətinə istinadən verilib.