Azərbaycanda “Falcons Meet - 2026” təlim uçuşlarının növbəti mərhələsi keçirilir
Azərbaycanda keçirilən “Falcons Meet - 2026” birgə taktiki uçuş təlimlərinin növbəti mərhələsi çərçivəsində təlim uçuşları həyata keçirilib. Təlimdə Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin hərbi qulluqçuları, eləcə də hər iki ölkənin aviasiya vasitələri və hava müdafiə sistemləri iştirak edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.