Əliyev: Məqsəd Qarabağı və Şərqi Zəngəzuru ölkənin yeni iqtisadi artım mərkəzi kimi möhkəmləndirmək
Prezident İlham Əliyev bildirib ki, Böyük Qayıdış Dövlət Proqramının növbəti, ikinci mərhələsinin əsas məqsədi özəl investisiyaların daha da artırılması, daimi məşğulluğun və ixracyönümlü istehsalın genişləndirilməsi, habelə Qarabağın və Şərqi Zəngəzurun ölkənin yeni iqtisadi artım mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsidir. Bu fikirlər Əliyevin 6-cı Azərbaycan Beynəlxalq «Qarabağın yenidən qurulması, bərpası və inkişafı» sərgisinin, yəni Rebuild Garabagh-ın iştirakçılarına müraciətində səsləndirilib. Xəbər Day.Az tərəfindən AZERTAC-a istinadən verilir.