Tokayev: Azərbaycan CICA-nı tam hüquqlu beynəlxalq təşkilata çevirmək üzərində işləyir
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Azərbaycanın sədrliyi dövründə Asiyada Qarşılıqlı Əlaqə və Etimad Yaradan Tədbirlər üzrə Konfransın (CICA) tam hüquqlu beynəlxalq təşkilata çevrilməsi üzərində işlədiyini bildirib. Report.az-a görə, Tokayev bu fikirləri Bakıda keçirilən CICA-nın 7-ci Zirvə Toplantısında səsləndirib.