MHP lideri Bahçelidən Azərbaycana dair açıqlama
MHP lideri Devlet Bahçeli, Türk Dövlətləri Təşkilatının çatdığı səviyyənin Türk dünyasının gələcəyi baxımından böyük əhəmiyyət daşıdığını bildirib. Bahçeli, təşkilatın ortaq tarixin, mədəniyyətin və birgə gələcək təsəvvürünün institusional əsasına çevrildiyini qeyd edib. Onun sözlərinə görə, təşkilat daxilindəki münasibətlər hər üzv dövlətin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət prinsipinə əsaslanır.