Prezident: Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan məcbur edib
Prezident İlham Əliyev bildirib ki, Vətən müharibəsi 44 gün davam edib və bu müddət ərzində Azərbaycan döyüş meydanında 300-dən çox şəhər və kəndi azad edib. APA-nın xəbər verdiyinə görə, dövlət başçısı bunu Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısında çıxışı zamanı deyib.