Müavinətlər ehtiyac səviyyəsinə görə veriləcək
Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Asqarbek Yertayev, dövlət dəstəyinin ilk növbədə öz vəsaiti ilə ehtiyacını ödəyə bilməyən şəxslərə göstərilməsi lazım olduğunu bildirib. Nazir Mərkəzi Kommunikasiya Xidmətində açıqlamasında müavinət təyin edilərkən ailənin real ehtiyac səviyyəsinin qiymətləndirildiyini deyib.