Türkiyə Xarici İşlər naziri Hakan Fidan: İrana yeni hücum müharibəni genişləndirəcək
Türkiyə Xarici İşlər naziri Hakan Fidan, R4 (Türkiyə, Misir, Pakistan, Səudiyyə Ərəbistanı) və İtaliyanın iştirakı ilə keçirilən R4+E3 (Böyük Britaniya, Almaniya, Fransa) xarici işlər nazirlərinin görüşlərindən sonra İstanbulda mətbuat konfransında çıxış etdi. Fidan, iştirakçı ölkələrin xüsusilə İrana qarşı yenidən ediləcək hücumun regiondakı müharibə və qarşıdurmanı yenidən genişləndirəcəyi ilə bağlı həmfikir olduğunu bildirdi.