Türk dövlətlərinin gənclik siyasətində yeni addım
Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi ölkələrinin gənclər və idman məsələləri üzrə məsul nazirlərinin 10-cu yubiley görüşü Qırğızıstanın Bişkek şəhərindəki «Ak-Keme» otelində keçirildi. Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti naziri Mirbek Mambetaliyevin sədrliyi ilə keçirilən tədbirdə Özbəkistan, Türkiyə, Azərbaycan və Qazaxıstan nümayəndə heyətləri və TDT Baş katibinin müavini Nuri Quliyev iştirak etdi.