Prezident İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi möhkəmləndirilməsi hədəfdir
Prezident İlham Əliyev Böyük Qayıdış Dövlət Proqramının ikinci mərhələsində əsas məqsədin özəl investisiyaları, daimi məşğulluğu və ixracyönümlü istehsalı genişləndirmək, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatında yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirmək olduğunu bildirib. Bu fikirlər onun 6-cı Azərbaycan Beynəlxalq “Rebuild Garabagh” sərgisinin iştirakçılarına ünvanladığı müraciətdə səsləndirilib.