TÜRKPA-dan Türkmənistanın Müstəqilliyinin 35 illiyi münasibətilə təbrik
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Türkmənistan Prezidenti Serdar Berdimuhamedova və türkmən xalqına Türkmənistanın Müstəqilliyinin 35 illiyi münasibətilə təbriklərini çatdırıb. O, təbrikləri Assambleyanın Beynəlxalq Katibliyi adından və şəxsən öz adından bildirib.