Azərbaycanda noyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub
Bakı, 19 noyabr (AZƏRTAC) - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu (DSMF) noyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılmasını nəzərdə tutur. Bu barədə AZƏRTAC-a DSMF-dən bildirilib.
Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.
Bu xəbər AZERTAC mənbəsindən avtomatik olaraq xülasə edilib tərcümə olunub. Xəbərin bütün hüquqları mənbəyə məxsusdur.