ABŞ Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin inkişafını prioritet hesab edir
ABŞ Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin inkişafını prioritet hesab etdiyini və region ölkələri ilə əməkdaşlığı daha da dərinləşdirməyi hədəflədiyini bildirib. Bu barədə ABŞ dövlət katibi və prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Marko Rubio Özbəkistana səfərə yola düşməzdən əvvəl jurnalistlərə açıqlama verib.