Qazaxıstan Baş naziri investor şirkətlərlə enerji, qida və kosmik layihələri müzakirə etdi
Qazaxıstan Baş naziri Olcas Bektenov, Şımkentdə keçirilən IX Kazakhstan Global Investment Roundtable çərçivəsində Aksa Energy, Carlsberg Kazakhstan, Solico Group və CONTEC şirkətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə enerji, aqrosənaye, qida sənayesi və kosmik sahədə mövcud və perspektiv investisiya layihələri, həmçinin Qazaxıstan tərkibinin artırılması müzakirə olunub.