Rum İdarəsi AB-dən ortaq müdafiə bəndinin yenidən gündəmə alınmasını istəyir
Cənubi Kipr Rum İdarəsi (GKRY) Avropa İttifaqının Komissiyasından ittifaqın ortaq müdafiə bəndi ilə bağlı müzakirələrin yenidən gündəmə gətirilməsini tələb edib. Politico-nun xəbərinə görə, GKRY lideri Nikos Xristodulidis Avropa Komissiyasının sədri Ursula fon der Leyenə Lissabon Müqaviləsinin 42-ci maddəsinin 7-ci bəndi ilə bağlı məktub göndərib. Bu bənd üzv ölkələr arasında qarşılıqlı yardım öhdəliyini tənzimləyir.