Tokayev sənayedə rəqəmsal texnologiyaların və süni intellektin tətbiqini çağırdı
Qazaxıstan Prezidenti Qasım-Comart Tokayev sənaye sahəsində rəqəmsal texnologiyaların və süni intellektin geniş tətbiqinə xüsusi diqqət yetirilməsi çağırışında bulunub. Bu fikirlər Aktoqay mis əritmə zavodunun tikintisinin başlanması mərasimində səsləndirilib.