Qırğızıstan Enerji Naziri: Kəsintilər barədə əvvəlcədən xəbərdarlıq edəcəyik
Qırğızıstanın Enerji Nazirliyi növbəti payız-qış dövründə elektrik enerjisinin təchizatında mümkün məhdudiyyətlər barədə əhalini əvvəlcədən və açıq şəkildə məlumatlandırmağı planlaşdırır. Nazir Altınbek Rısbekov bunu ölkə parlamentinin Jogorku Keneşin iclasında deputat Dastan Bekeşevin sualına cavab verərkən bildirib.