Qarabağ və Şərqi Zəngəzur işəgötürənlərinə 2031-dən sığorta haqlarının 40 faizi subsidiya
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən qeyri-dövlət sektoru işəgötürənlərinin məcburi dövlət sosial sığorta haqlarının 40 faizi 2031-ci il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək dövlət tərəfindən subsidiyalaşdırılacaq. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) 8 Noyabr – Zəfər Günü münasibətilə hazırladığı “Invest in Garabagh and Eastern Zangezur” icmalının üçüncü xüsusi buraxılışında bildirilib.