Almaniyadan 32 azərbaycanlı geri qəbul edildi
Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan geri qəbul edilib. Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən, aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli və dayanıqlı sosial-iqtisadi reinteqrasiyası istiqamətində tədbirlər həyata keçirir.
Proses Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş çərçivəsində həyata keçirilib.
Bu xəbər Musavat mənbəsindən avtomatik olaraq xülasə edilib tərcümə olunub. Xəbərin bütün hüquqları mənbəyə məxsusdur.