Azərbaycan Mərkəzi Bankı 2026 və 2027-ci illər üçün inflyasiya proqnozunu açıqladı
AMB orta müddətdə illik inflyasiyanın hədəf diapazonunda qalacağını proqnozlaşdırır. Bankın oktyabr proqnozlarına görə, əsas ssenari çərçivəsində 2026 və 2027-ci illərdə illik inflyasiya 5,9 faiz təşkil edəcək. İyul proqnozu ilə müqayisədə 2026-cı il üzrə qiymətləndirmə 0,2 faiz bənd azaldılıb, 2027-ci il üzrə isə 0,1 faiz bənd artırılıb.