Çinin xarici işlər naziri: Azərbaycan Orta Dəhlizdə mühüm mövqeyə malikdir
Çinin xarici işlər naziri Vanq Yi Azərbaycanın Orta Dəhlizdə mühüm mövqeyə malik dövlət olduğunu vurğulayıb. Report xəbər verir ki, nazir bu fikrini Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşü zamanı bildirib.
Qonaq Çinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini qeyd edib, Azərbaycanın beynəlxalq və regional məsələlərdə artan rolunu xüsusi vurğulayıb.
Bakıda gördüyü inkişaf proseslərinin ona dərin təəssürat yaratdığını deyən nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu və dinamik inkişafını qeyd edib. Nazir bütün bunlara Azərbaycanın yaxın dostu kimi Çinin səmimi-qəlbdən sevindiyini bildirib.
Bu xəbər Report.az mənbəsindən avtomatik olaraq xülasə edilib tərcümə olunub. Xəbərin bütün hüquqları mənbəyə məxsusdur.