Zorlu: Türkiyə-Azərbaycan problemləri ailə daxilində müzakirə olunacaq
AKP Baş müavini Kürşad Zorlu, Türkiyə ilə Azərbaycanın inkişaf yollarında fərqlərin ola biləcəyini bildirdi, lakin münasibətləri gərginləşdirən məsələlərə toxunmadı. Ankarada Qırğızıstan Respublikasının müstəqillik günü tədbirində çıxış edən Zorlu, iki dövlətin bir-birinin qərarlarına və suverenlik hüququna hörmət etdiyini dedi. Zorlu bildirdi: «Problemlərimizi də ailə məclisimizin daxilində müzakirə etməyi bilirik, bizə yaraşan şəkildə».