Özbəkistanda orta maaş 7,3 milyon som, median maaş 4,2 milyon som təşkil edib
Özbəkistan Milli Statistika Komitəsi ilk dəfə orta aylıq nominal əmək haqqı ilə yanaşı median əmək haqqını da elan edib. Məlumata görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə orta aylıq nominal əmək haqqı 7 milyon 274,1 min som təşkil edib. Bu göstərici 2025-ci ilin eyni dövrünə nisbətən 18 faiz artıb. Eksperimental hesablamalara əsasən, həmin dövrdə respublika üzrə median əmək haqqı 4 milyon 166,3 min som olub.