Qazaxıstan və Kamboca altı əməkdaşlıq sənədi mübadilə edib
Oktyabrın 17-də Qazaxıstan və Kamboca, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ilə Kamboca Baş naziri Hun Manet arasında Astanada keçirilən danışıqlardan sonra birgə bəyanat qəbul edib və altı hökumətlərarası və idarələrarası sənədi mübadilə ediblər. Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən verilən məlumata görə, mübadilə mərasimi hər iki liderin iştirakı ilə keçirilib.