Paşinyan: Azərbaycanla sülh müqaviləsi mümkün qədər tez imzalanmağa çalışılır
Ermənistan hökumətinin dünənki iclasında Azərbaycanla münasibətlər müzakirə olunub. Baş nazir Nikol Paşinyan hökumətin sülh müqaviləsini mümkün qədər tez imzalamağa çalışdığını və bu prosesi 2031-ci ilə qədər təxirə salmadığını bildirib. O, sənədin həmin tarixə qədər imzalanmasının nəzərdə tutulduğunu, imzalanma və ratifikasiyanın hökumətin siyasi kursunun bir hissəsi olduğunu deyib.