Özbəkistan və ABŞ arasında iqtisadi əlaqələri genişləndirmək vacibdir
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Özbəkistan və ABŞ arasında münasibətlərin tarixdə «ən yüksək səviyyəyə» çatdığını bildirib. Mirziyoyev oktyabrın 19-da Səmərqənddə keçirilən Amerika-özbək biznes və investisiya şurasının ikinci iclasında Prezident Donald Trampın bu inkişafdakı rolunu vurğulayıb.