Özbəkistan Prezidenti BƏƏ-nin investorlarını qəbul edib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə yanacaq-enerji sektorunda İnvestorlar Şurasının ilk iclası çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib. Görüşdə Masdar şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil əl-Rəmahi və AMEA Power şirkətinin sədri Hüseyn əl-Novays iştirak edib.