Misir Qazaxıstan turistləri üçün giriş qaydalarını asanlaşdıracaq
Misir Orta Asiya ölkələri üçün tətbiq etdiyi əlavə viza tələblərini Qazaxıstan turistləri üçün ləğv edəcək. Bunu NUR.KZ xarici işlər nazirliyinə istinadən məlumat verib. Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdinin Misirə rəsmi səfəri çərçivəsində, Misir xarici işlər naziri Bədr Abdelatti ilə genişləndirilmiş tərkibdə danışıqlar aparıb.