Minnixanov: Tatarıstan-Hindistan əməkdaşlığında əhəmiyyətli irəliləyiş var
Tatarıstan Respublikasının rəisi Rustam Minnixanov Tatarıstan ilə Hindistan arasında əməkdaşlıqda əhəmiyyətli irəliləyiş olduğunu bildirib. O, bu sahədə TİME biznes forumunun başlanmasını, Hindistanın Qazanda Baş konsulluğunun fəaliyyətə başlamasını və Tatarıstanın Mumbayda Ticarət nümayəndəliyinin açılmasını qeyd edib. Minnixanovun sözlərinə görə, bu il qarşılıqlı ticarət sürətlə artır. 2027-ci ilin yanvar-iyul ayları ərzində ticarət dövriyyəsi 1 milyard dollara çatıb.